Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Ölkədə qeyr-sabit hava durumu davam edəcək 
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə:
 
Bakıda və Abşeron yarımadasında                                    
Aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.  Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 13-17, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək 765 mm civə sütunu,  nisbi rütubət  gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək. 
 
Azərbaycanın rayonlarında
Aprelin 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi, duman olacağı  gözlənilir. Qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 5-10, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoz
Aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 13-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər.
 
Xəbərdarlıq
Qeyri-sabit hava şəraiti aprelin 12-si gündüzədək davam edəcək. /

Google+ WhatsApp ok.ru