Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq
 
Bu gün saat 22:00-dan Heydər Əliyev prospektinin "Böyük Şor" yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamət üzrə köməkçi yolda piyada keçidləri, yolcizgi və yolgöstərici xətlər yenidən rənglənəcək. 
 
Maide.İnfo xəbər verir ki, "Azəravtoyol" ASC-dən daxil olan məlumata görə, rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq.
 
"Bu müddət ərzində prospektin köməkçi yolu ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılaraq əsas yola yönəldiləcək. Bundan başqa, sabah səhər saatlarından etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində isə təmir işləri ilə əlaqədar olaraq 2 gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.
 
Məhdudlaşdırma küçədə təmir işlərinin aparıldığı hissələr üzrə tətbiq ediləcək. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - deyə məlumatda bildirilib. /

Google+ WhatsApp ok.ru