Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə:
 
Bakıda və Abşeron yarımadasında                                    
Aprelin 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Arabir zəif duman olacaq. Arabir güclənən cənub-qərb  küləyi əsəcək,  axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-19, yarımadanın bəzi yerlərdində 22-24,  Bakıda gecə 8-10, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan aşağı 758 mm civə sütunundan 751 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək. 
 
Azərbaycanın rayonlarında
Aprelin 14-də gecə və səhər əsasən qərb rayonlarında, gündüz isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 3-8, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
 
Xəbərdarlıq
Aprelin 14-dən 16-dək əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. /

Google+ WhatsApp ok.ru