Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə:
 
Bakıda və Abşeron yarımadasında                                    
Aprelin 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-12, gündüz 17-22, Bakıda gecə 9-11, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək. 
 
Azərbaycanın rayonlarında
Aprelin 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 7-12, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru