Rəsmi rəqəmlərə şübhə

Rəsmi rəqəmlərə şübhə

"Novoye Vremya" qəzetində "İşsizlik problemi böyüyür" sərlövhəli məqaləyə yer verilib.
 
Müəllif yazır ki, iqtisadi böhranla bağlı işsizlik ölkənin ən ciddi problemlərindən birinə çevrilməkdədir: "Dövlət sektoru işçi sayını azaldıb, işsizliyə görə ölkədə verilən müavinətin həcmi, inflyasiyanı nəzərə alsaq, azalıb".
 
Yazıda 2016-cı ildə bank sektorundakı problemlər xatırladılır. 10-dan çox bankın bağlanması ilə bir çox şəxslərin işsiz kimi qeydiyyata düşdükləri bildirilir.
 
Müəllifin düşüncəsinə görə, indiki halda müavinətlə dolanmaq çox çətindir. Üstəlik, yazıda bir məqama da diqqət çəkilir. Müəllif insanlara tövsiyə edir ki, işəgötürənlərlə müqavilə bağlamağa çalışsınlar. Çünki gələcəkdə işlərini itirəcəkləri təqdirdə, bu müqavilədən faydalana bilərlər.
 
Yazıda rəsmi statistikaya şübhə də bildirilir. Müəllif xatırladır ki, ölkədə rəsmi 36 min nəfər işsizin qeydə alındığı bildirilir: "Bu rəqəmlərə inansaq belə çıxır ki, ölkədə işsizliyin səviyyəsi çox cüzidir. Bu da Azərbaycan statistikasının paradokslarından biridir. Bazar iqtisadiyyatı ölkələrində hətta iqtisadiyyatın çiçəklənən dövründə bu işsizlik 5 faizdən aşağı düşmür". /
 

Google+ WhatsApp ok.ru