Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə:
 
Bakıda və Abşeron yarımadasında                                    
Aprelin 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-12, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  765 mm civə sütunundan 760 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək. 
 
Azərbaycanın rayonlarında
Aprelin 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
 
Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında aprelin 22-də gün ərzində güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında isə aprelin 21-i gündüzdən 25-dək qərb, şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclü olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru