Sabaha olan hava proqnozu açıqlanıb 24 Aprel 2017 01:00 Ölkə Sabaha olan hava proqnozu açıqlanıb Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə: Bakıda və Abşeron yarımadasında Aprelin 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-17, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında Aprelin 25-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Xəbərdarlıq Aprelin 25-də gün ərzində Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyigözlənilir. / Teqlər : #Sabaha olan hava proqnozu açıqlanıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rayonlar işıqsız qalıb? – “Azərişıq”dan AÇIQLAMA Bu küçələrdə yol cizgiləri rənglənəcək