Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə:
 
Bakıda və Abşeron yarımadasında                                    
Aprelin 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz  olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-9, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir
Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunu,  nisbi rütubət  gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək. 
 
Azərbaycanın rayonlarında
Aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru