Sabaha olan hava proqnozu açıqlanıb 17 May 2017 01:00 Ölkə Sabaha olan hava proqnozu açıqlanıb Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Bakıda və Abşeron yarımadasında Mayın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında Mayın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir / Teqlər : #Sabaha olan hava proqnozu açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan əhalisinin sayı açıqlanıb Qeydiyyatda olan vərəm xəstələrinin sayı açıqlanıb