Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
Maide.Az -ın məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 23-26°, gündüz 32-37° isti, Bakıda gecə 24-26°, gündüz 34-36° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru