Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,
 
Bakıda və Abşeron yarımadasında
Hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°,Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında
Hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 33-37° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru