Sabah axşam yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq 22 Yanvar 2016 02:00 Ölkə Yanvarın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gecədən arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6 isti, gündüz 7-9 dərəcə isti olacaq. Yanvarın 23-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, lakin axşama doğru yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5 isti, gündüz 7-12 isti, dağlarda gecə 0-5 şaxta, yüksək dağlıq ərazilərdə 5-10 şaxta, gündüz 0-5 isti olacağı gözlənilir. Tibbi-meteoroloji xəbərdarlığa əsasən, yanvarın 25-26-da Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi, yağıntılı hava şəraiti və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir. Teqlər : #Sabah axşam yağış,#dağlıq ərazilərdə sulu qar,#qar yağacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərəstun Oruclu: “Ölkədə işsizlik səviyyəsi rəsmi göstəricidən 7-8 dəfə yuxarıdır” Müsavat “Yeni Müsavatdan imtina etdi