Sabaha yağış və leysan gözlənilir

Sabaha yağış və leysan gözlənilir

Sentyabrın 2-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər yarımadanın  bəzi yerlərində yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. 
 
Havanın temperaturunun gecə  20-23° isti,  gündüz  24-27° isti, Bakıda gecə 21-23° isti, gündüz  25-27° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan aşağı 759  mm  civə sütunundan 762 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət 70-80 % təşkil edəcək.               
 
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 18-23° isti, gündüz  25-30° isti, dağlarda gecə 13-17° isti, gündüz  18-23° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru