Sabaha yağış yağacaq, külək əsəcək

Sabaha yağış yağacaq, külək əsəcək

Bakı və Abşeron yarımadasında sentyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Naziriyindən Maide.Az-a verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 19-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-29° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 750 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% təşkil edəcək.              

 

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü metehəssas insanlar üçün nisbətən əlverişlidir. Sentyabrın 11-12-də komfort hava şəraiti gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru