Sabah Azərbaycan ərazisinə dolu düşəcək

İyunun 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 24-27 dərəcə isti olacaq.
 
Çimərliklərdə dəniz suyunun temperaturu 18-21 dərəcə isti təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlıq və dağətəyi rayonlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru