Sabah Azərbaycan ərazisində 37 dərəcə isti olacaq 06 İyul 2015 01:00 Ölkə İyulun 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 27-32 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 32-37, dağlıq və dağətəyi rayonlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Teqlər : #Sabah Azərbaycan ərazisində 37 dərəcə isti olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmişlidə aksiya: sakinlər mal-qaranı örüşə yox, bələdiyyənin qabağına ötürdü Nuşirəvan Məhərrəmli: “Özəl kanallardakı şou verilişlər haqqında dosye hazırlanacaq”