Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq

Bakı və Abşeron yarımadasında iyulun 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında iyulun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru