Məkkədə yanğın baş verib

Bu gün səhər Məkkənin cənub şərqində plastik məhsulların saxlanıldığı anbarda yanğın baş verib. 

Maide.az xəbər verir ki, yanğının söndürülməsi üçün bir neçə yanğın söndürmə briqadası cəlb olunub.Bunu Məkkə Yanğından mühafizə idarəsinin sözçüsü Səid Sarhan deyib. 

Onun sözlərinə görə, yanğın zamanı ölən və yaralanan olmayıb və yanğının baş vermə səbəbləri araşdırılır. /

 

Google+ WhatsApp ok.ru