Sabah Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Avqustun 19-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Maştağa” və “Əhmədli”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Qusar”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Balakən” və ''Katex'', Ağdam Magistral qaz kəmərləri sahəsinin “Kövər”, ''Bərdə'', ''Tərtər'', ''Tərtər-2'', ''Kətəlparaq'', ''Ağdam 4 yol'', Qazax Magistral qaz kəmərləri sahəsinin “Semzavod”, Astara Magistral qaz kəmərləri sahəsinin “Qaratəpə'', “İmişli” və “Saatlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
 
Bu barədə SOCAR-dan məlumat verilib.
 
Məlumata görə, təmir müddətində Qusar rayonun Balaqusar, Urva və Qazmalar, Balakən rayonun Katex və Beret, Ağdam rayonun Quzanlı, Kövər, Malbinəsi və Qoyunbinəsi, Qazax rayonun Daşsalahlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Aparılan işlərin Bakı şəhərinin Xətai rayonu və Maştağa kəndinin, eləcə də Tərtər, Ağdam, Bərdə, Sabirabad, Saatlı və İmişli rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Google+ WhatsApp ok.ru