Sabah Azərbaycan ərazisində hava şəraiti yağmursuz olacaq

Sabah Azərbaycan ərazisində müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a bildirilib ki, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 25-dən 27-dək Abşeron yarımadasında gilavar küləyinin arabir güclənməsi əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Google+ WhatsApp ok.ru