Azərbaycanda həyət evlərinin sənədləşdirilməsi məsələsi yenidən gündəmə gəlib

Azərbaycanda şəhər və rayonların kadastrlarının hazırlanması işləri yekunlaşandan sonra həyət evlərinin sənədləşdirilməsi məsələsi müvafiq qurumlarla müzakirə ediləcək. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında həyət evlərinin sənədləşdirilməsi məsələsinə toxunarkən deyib: "Hansı sahələrdə mümkündürsə, həmin tikintilərin sənədləşdirilməsi haqqında qərar veriləcək".
Komitə rəsmisi, həmçinin jurnalistlərə verilən mənzillərin çıxarışlarının növbəti həftədən etibarən veriləcəyini də deyib: "Növbəti həftə sənədləşmə işlərinin başlanacağını düşünürük. Hesab edirəm ki, "kütləvi çixarış" kampaniyası çərçivəsində jurnalistlərin də evləri sənədləşdiriləcək".

Google+ WhatsApp ok.ru