Sabah Azərbaycan rayonlarında 13, Bakıda 11 dərəcə isti olacaq 12 Fevral 2016 02:00 Ölkə Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağması ehtimalı var, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Azərbaycan rayonlarında fevralın 13-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcəyədək isti olacaq. Teqlər : #Sabah Azərbaycan rayonlarında 13,#Bakıda 11 dərəcə isti olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tayvandakı zəlzələdə ölənlərin sayı 94 oldu Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin əvvəlində istifadəyə veriləcək