Sabah Azərbaycanda havanın temperaturu 30 dərəcəyədək yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, paytaxt və yarımadada gündüz cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcə, Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında mayın 13-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. /

Google+ WhatsApp ok.ru