Sabah bəzi yerlərdə yağış gözlənilir

Sabah bəzi yerlərdə yağış gözlənilir

İyunun 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi,  əsasən yağmursuz  keçəcəyi gözlənilir.
 
Maide.Az xəbər verir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.  
 
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz  27-29 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam əsasən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı  gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.  Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq. 

Google+ WhatsApp ok.ru