Suriya ordusu terroristlərə ağır zərbə endirib

Suriya ordusu terroristlərə ağır zərbə endirib

Suriya ordusu Şam şəhərinin qərb hisəsində yerləşən Daraya şəhərindəki 42 məskəni terroristlərdən təmizləyə bilib.
 
İslaminSesi Rasthaber-ə istinadən bildirir ki, 2012-ci ildə Darayada çox şiddətli döyüşlər gedib. Bu şəhər Şamdan Suriyanın cənubundakı Daraa məntəqəsinə doğru ən yaxşı keçid yolu hesab olunurdu. Eyni zamanda gələn məlumatlara əsasən müqavimət qüvvələri ilə Suriya ordusu  Ceyşül-Fetih terroristlərini Hələbin cənubunda geri otuzdura biliblər. 
 
Hücum zamanı bir çox terrorist öldürülüb. Eyni şəkildə Suriya ordusunun Halsa, Zeytan, Karasi, Əl-Ays və Han Tumandakı mövqeylərinə raket hücumları davam edir. Müqavimət qüvvələrinin Əl-Ays cəbhəsinə etdiyi hücumlar nəticəsində aralarında Hemmam Məhəmməd Əl-Cek  adlı bir ərəbistanlı terroristin və Türküstan partiyasının üzvü olan 7 terroristin də öldürüldüyü bildirilib. 
 
Bundan əlavə Suriya ordusu Hamada terrorist qruplaşmaya məxsus silah dolu yük maşınını da ələ keçiriblər. Həmin yük maşının Ən-Nüsra cəbhəsinə aid olduğu söylənilir. Ümumiyyətlə Həmada çoxlu silah və sursatın ələ keçirildiyi bildirilib. Hazırda qızğın döyüşlər gedir. /

Google+ WhatsApp ok.ru