Sabah bəzi yerlərdə qaz olmayacaq

Sabah bəzi yerlərdə qaz olmayacaq

Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2”, saat 10:00-dan 15:00-dək Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Maide.Az SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində saat 10:00-dan 15:00-dək Ağsu rayonunun Padar, Kəlağaylı, Nəmilli və Binəcik kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Aparılan işlərin saat 10:00-dan 18:00-dək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonun Türkan qəsəbəsinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
 

Google+ WhatsApp ok.ru