Sionist İsrail rejimi 2016-cı ildə Fələstində 1000 binanı dağıdıb

Sionist İsrail rejimi 2016-cı ildə Fələstində 1000 binanı dağıdıb

Fələstin Muxtariyyətinin baş naziri Rami Əl-Hamdallah, bu ilin əvvəlindən etibarən sionist İsrail rejiminin qüvvələrinin "C" kateqoriyasına daxil olan rayonda fələstinlilərə məxsus dağıdılan binaların sayının minə yaxın olduğunu qeyd edib.
 
C kateqoriyasına daxil olan rayonlar isə inzibati və hərbi cəhətdən sionist İsrail rejimi rəhbərliyinin nəzarətində olan rayonlardır.
 
Rami Əl-Hamdallah dekabrın 19-da Avstraliyanın ticarət, turizm və investisiya naziri Stiven Ciobonu Ramallahdakı Nazirlər Kabinetinin binasında qəbul edib. Görüşdə o, beynəlxalq ictimaiyyəti İsrail rejiminin pozuntularını dərhal sona çatdırmaq və ekstremist hərəkətlərinin qarşısını almaq üçün hərəkətə keçməyə səsləyib: "Biz mövcud vəziyyətin belə davam etməsini qəbul etmirik. Bu vəziyyət iki dövlətli həll prinsipinə mane olur. İrqçi ayrı-seçkilik idealogiyasına əsaslanmış hərəkətlərinə davam edən tək dövlət idarəçiliyinin davamı belə bir həlli məhv edir. Bizim həqiqi mənada bir sülh tərəfdaşına ehtiyacımız var".(deyerler)
 

Google+ WhatsApp ok.ru