Sabah Bakıya qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ

Sabah Bakıya qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında dekabrın 8-də  bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə və gündüz  1° şaxtadan  2°-dək isti, Bakıda gecə və gündüz  0-2° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 %  təşkil edəcək.
 
Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu 0-3° şaxta təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.
 
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru