Zığ-Hava limanı avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır 07 Dekabr 2016 02:00 Ölkə Zığ-Hava limanı avtomobil yolunun bir hissəsində təmir işləri ilə hərəkət məhdudlaşdırılır. Bu barədə Trend-ə "Azəravtoyol" ASC-dən məlumat verilib. Bildirilir ki, aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq, dekabrın 8-dən Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağından 2 zolaq hərəkət üçün qısa müddətlik bağlanacaq. Sözügedən profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq. Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur. Teqlər : #ZığHava limanı avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hacı İlqar və Hacı Sərdar mərcəyi-təqlidlərinin qonağı oldu - FOTO Sabah Bakıya qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ