Sabahdan metro açılır: Metrodan yalnız bu şəxslər istifadə edə biləcək - RƏSMİ

Sabahdan metro açılır: Metrodan yalnız bu şəxslər istifadə edə biləcək - RƏSMİ

Metroda tibbi maskalardan istifadə məcburi olacaq

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.
 
Bu barədə Maide.Az-a  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
 
Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirməlidir.
 
Bakı metrosundan yalnız bu şəxslər istifadə edə biləcək
 
"Bakı Metropoliteni" QSC-nin stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.
 
Metroda tibbi maskalardan istifadə məcburi olacaq
 
Pandemiya dövründə sərnişinlərin Bakı Metropolitenindən istifadə qaydaları qüvvəyə minib. 
 
Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.
 

Google+ WhatsApp ok.ru