Şənbə gününün hava proqnozu açıqlanıb 08 May 2020 13:14 Ölkə Yağışlı və küləkli hava sabah da davam edəcək Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-23° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 9-da gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq. Teqlər : #Şənbə,#gününün,#hava,#proqnozu,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib: Məhdudiyyətlər olacaq Sabahdan metro açılır: Metrodan yalnız bu şəxslər istifadə edə biləcək - RƏSMİ