Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 14-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-70 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında noyabrın 12-də hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 14-17° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
 
 

Google+ WhatsApp ok.ru