`Sizi hədələyən bankları məhkəməyə verib pul ala bilərsiniz` - İqtsadçı

`Sizi hədələyən bankları məhkəməyə verib pul ala bilərsiniz` - İqtsadçı

“Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb.”
 
Maide.Az xəbər verir ki, bu barədə tanınmıçş iqtisadçı-ekspert Vuqar Bayramov özünün facebook profiluində məlumat verib.
 
Ekspertin sözlərinə görə, bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar:
 
“Bankın öz borcunu istəməsinə heç kim etiraz etmir, amma bu sivil və qanuvericiliyin imkan verdiyi hallar çərçivəsində olmalıdır. Hədə metodları səmərəli olmamaqla yanaşı, eyni zamanda qanunvericiliyə ziddir. Bank borclu ilə bağlı məlumatları ictimai şəkildə bölüşməklə ödənişi tələb edə bilməz. Əgər borcunuz varsa və bank sizə bu yollar ilə təzyiq edirsə daha məqsədəuyğundur ki, sizi hədələyən bankı məhkəməyə verərək kompensasiya tələb edəsiniz.”
 
Mövcud qanunvericiliyin vətəndaşlara belə banklardan kompensasiya tələb etmək və almaq hüququ verdiyini söyləyən Vüqar Bayramov, “bununla da hədə yolu seçərək sizdən borc tələb edən banklardan siz pul alın. Bu həmçinin belə banklara borcu olanlardan pulu daha sivil yollar ilə istəmək vərdişi aşılaya bilər”, - deyə bildirib:
 
“Bu yaxınlarda mənə müraciət edən və bank tərəfindən ona göndərilən “hədə” sms ilə də tanış olanda bəzi bank əməkdaşlarının “iş prinsipləri” daha aydın bəlli olur.”
 
Sözügedən bildiriş mesajının screenshot variantını sizlərə təqdim edirik.
 

 

Google+ WhatsApp ok.ru