Sabah havanın temperaturu Bakıda 19, bəzi rayonlarda 20 dərəcə isti olacaq 14 Aprel 2015 01:00 Ölkə Aprelin 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 14-19 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 7-12 isti olacaq. Aprelin 15-də Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 16-da gündüz küləyin arabir güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Teqlər : #Sabah havanın temperaturu Bakıda 19,#bəzi rayonlarda 20 dərəcə isti olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Koalisiya qüvvələri mülkiləri işıqsız qoydu “Ziya Məmmədovun işçilərinə 120 manat verdim” - FOTO