Sabah hava yağışlı olacaq

Sabah paytaxtda və respublikanın bəzi bölgələrində arabir yağış yağacaq.
 
Maide.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 15-17, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq./

Google+ WhatsApp ok.ru