Bakı metrosunda nasazlıq – FOTO

“Qapı açıq vəziyyətdə qatarın hərəkət etməsi qeyri-mümkündür”

Bu gün “Bakı Metropoliteni”ndə nasazlıq baş verib. Maide.az xəbər verir ki, bu barədə hadisə şahidləri oxu.az-a bildiriblər ki, qatarın qapısında problem olub, belə ki, o açıq qalıb.
Verilən məlumata görə, “Bakı Metropoliteni” QSC-nin əməkdaşı qatar hərəkətdə ola-ola onu təmir etməyə çalışıb. Hadisə şahidləri bunu lentə alıblar. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, qatarın qapısında nasazlıq olub, amma qapı açıq ola-ola qatar hərəkət etməyib: “7 saylı marşrutun qapısında nasazlıq olub. Təlimatçı da baxış keçirib və problem həll olunub. Əgər şəklin üst tərəfinə fikir versəniz görərsiz ki, orda lyuk var, onu açıb və düzəldib. Amma yenə deyirəm, qapı açıq vəziyyətdə qatarın hərəkət etməsi qeyri-mümkündür”.

Google+ WhatsApp ok.ru