Sabah ölkə ərazisində hava şəraiti yağmursuz olacaq 25 Noyabr 2015 02:00 Ölkə Noyabrın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8 isti, gündüz 11-16 dərəcə isti olacaq. Teqlər : #Sabah ölkə ərazisində hava şəraiti yağmursuz olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Şamaxinka`dakı tunelin üzərindəki parklanma ərazisi ləğv edilib - FOTO Əhalini soyuqdan donduran hökumət