Sabah Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq 30 May 2020 09:19 Dünya Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib. Maide.Az xəbər verir ki, bu barədə İslam işləri naziri Abdel Lətif bin Əbdüləziz əl-Şeyx bildirib. Müqəddəs Mədinə şəhərində yerləşən Peyğəmbər (s) Məscidinin qapıları qarşıdakı bazar günü möminlərin üzünə açılacaq. Bu barədə Səudiyyə televiziyası məlumat yayıb. Məlumata görə, Səudiyyə kralının təlimatı əsasında Səud rejimində 2 mərhələli keçidlə müqəddəs məkanların açılması nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində ilkin olaraq Məscidün-Nəbiyə (s) yenidən zəvvarların daxil olmasına imkan veriləcək. Səudiyyə Ərəbistanı İki Müqəddəs Ocağı işləri üzrə Baş İdarəsinin sərəncamına əsasən, Peyğəmbər məscidinin insanlarla dolması 40% -dən çox olmamalıdır. Eyni zamanda ibadət edənlər üçün bütün xalçalar həyətdən çıxarılacaqdır. Məscidül-Həram hələki bağlı qalır. Teqlər : #Sabah,#MəscidünNəbinin,#(s),#qapıları,#ibadətə,#açılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da polisin qaradərilini qətl etməsindən sonra etirazlar şiddətləndi - FOTO ABŞ-ın 10-dan çox şəhərində nümayişlər keçirilir - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO