Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Bakıda 19 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 29-na olan hava proqnozunu açıqlayıb.
 
Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Səhər saatlarında duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12° isti, gündüz 15-19° isti, Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq.
 
Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
 
Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-22° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.
 

Google+ WhatsApp ok.ru