Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 27-də dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
 
Lakin səhər bəzi yerlərdə az yağış yağacağı  ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 32-34° isti təşkil edəcək.
 
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.
 
Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
 
Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
 
Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.
 
Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti təşkil edəcək. 
 

Google+ WhatsApp ok.ru