Sabah Tehran hava limanlarından heç bir uçuş olmayacaq

Cümə günü səhər Tehranda mövcud olan hava limanlarından heç bir uçuş həyata keçirilməyəcək. 
 
Maide.Az xəbər verir ki,   İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə) vəfatının ildönümü münasibəti ilə sabah səhər Tehranda mövcud olan hava limanlarından 4 saat   müddətinə heç bir uçuş həyata keçirilməyəcək.  
 
"Səhər saat 07:45-dən günorta saat 12:00-dək İmam Xomeyni adına hava limanı və Mehrabad hava limanından heç bir uçuş həyata keçirilməyəcək",-deyə  İranın Aviasiya Təşkilatının məlumatında bildirilir. 
 
Qeyd olunan hava limanlarının işləməyəcəyi ilə bağlı bütün daxili və xarici aviasiya şirkətlərinə bildirilib. 
 
4 iyun İslam İnqilabının banisi İmam Xomeyninin  vəfat günüdür. İmam Xomeyni (r.ə) 1989-cu il 4 iyun tarixində Tehranda vəfat edib.
 

Google+ WhatsApp ok.ru