Sabah yağış gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, noyabrın 14-ü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.
 
Gün ərzində mülayim cənub küləyi əsəcək.
 
Bakıda və Abşeron yarımadasında temperaturun gündüz 8-11, gecə 14-18 dərəcə isti olacağı gözlənilir.
 
Noyabrın 14-ü rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, cənub rayonlarında az yağış yağacağı, şərq küləyinin əsəcəyi ehtimal olunur. 
 
Temperatur aran rayonlarında gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru