Sabah yağış, sulu qar, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ 05 Dekabr 2016 02:00 Ölkə Bakı və Abşeron yarımadasında dekabrın 6-da arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-5° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütгnundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Dekabrın 6-da Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi ehtimalı var. Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü küləkli və rütubətli hava şəraiti əksər insanlar üçün əsasən əlverişsizdir. Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Dekabrın 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yolların buz bağlama ehtimalı var. / Teqlər : #Sabah yağış,#sulu qar,#qar yağacaq,#yollar buz bağlayacaq XƏBƏRDARLIQ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Bakinternet` abunəçilərinin işini iflic edib Bir gündə 4 nəfər dəm qazından boğularaq ölüb