Bir gündə 4 nəfər dəm qazından boğularaq ölüb

Bir gündə 4 nəfər dəm qazından boğularaq ölüb

Azərbaycanda dəm qazı daha 4 nəfərin həyatına son qoyub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Maide.Az-a verilən məlumata görə, dekabrın 3-də Səbail rayonu ərazisində yaşayan Afər Quliyev, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Arzu Nuriyev, Gəncə şəhərində yaşayan Flora Hacıyeva, Mingəçevir şəhərində yaşayan Akif Hüseynov evlərində dəm qazından zəhərlənərək ölüblər.  
 
Faktla bağlı araşdırmalar aparılır. /

Google+ WhatsApp ok.ru