Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, oktyabrın 13-də paytaxt və yarımadanın bəzi yerlərində yağıntıların intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 16-20 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 10-15, gündüz 18-23 dərəcə sti, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlığa görə, oktyabrın 12-13-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var. 
 

Google+ WhatsApp ok.ru