Sabiq dövlət katibi ABŞ-ın İŞİD-lə bağlı planlarını ifşa edib

Amerikanın sabiq dövlət katibi Hilari Kilintonun xatirələr kitabında ABŞ-ın İraq-Şam İslam Dövləti (İŞİD)-in formalaşmasını necə dəstəklədiyi  ifşa olunub.
Maide.az-ın Suriyanın əl-Əxbariyə kanalına istinadən  məlumatına görə,  Hilari Kilinton yeni yazdığı xatirə kitabında vurğulayıb ki,  ABŞ və Misirin İxvan Qardaşları arasında razılıq əldə olunmuşdu ki, “İslam dövləti” yaradılsın. 
O deyib ki, Biz İraq ,Suriya və Liviya müharibəsində iştirak etdik və hər şey yaxşı idi, lakin Misirda iyunun 30-da İxvan Qardaşlarının əleyihinə çevriliş baş verdi və hər şey dəyişdi. “Biz Misirin İxvan Qardaşları ilə razılaşmışdıq ki Sinay yarımadasında “İslami dövlət” yaradaq.  Sinay yarımadasının bir hissəsi Həmasa veriləcəkdi və bir hissəsi İsrailə.  Həlayeb və Şəlatin isə Sudana birləşdiriləcəkdi”, -deyə xanım Kilinton öz xatirə kitbaında yazıb. 
Kilinton həmçinin əlavə edib ki, qərara alınmışdı ki, 2013-cü ildə Avropalı dostlraımızla birlikdə “İslam Dövlətini” rəsmiyyətə tanıyaq.  “Mən 112 ölkəyə səfər elədim və “islami dövlətin”  tanınması üçün ölkə rəhbərlərini razı salmağa çalışdım ama birdən hər şey dəyişdi”, -deyə xanım Kilinton bildirb. 
O əlavə edib ki,  ABŞ Misirin İxvan Qardaşları və yarancaq İslami Dövlətlə bölgəni parçalayacaq və beləcə enerji ehtiyatlarına hökmranlıq edəcəkdik. 
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snouden verdiyi açıqlamasında demişdi ki, İŞİD terrorçu qruplaşmasının hazırki, rəhbəri Əbubəkr Əl-Bağdadi Amerika, İngiltərə və İsrail kəşfiyyatının birgə əməkdaşlığı nəticəsində ortaya çıxıb.
Snoudenin dediyinə görə, İngiltərə kəşfiyyat idarəsi İsraili dəstəkləmək üçün öncədən “Arı yuvası” adlı bir plan hazırlamışdı. İŞİD terrorçu qruplaşmasının ərsəyə gəlməsi də elə həmin plan əsasında baş tutub. Bu layihə Amerika kəşfiyyatı və onun iki müttəfiqi tərəfindən həyata keçirilib.
Bununlada yeni din adı altında İslami cərəyan yaranmalı və ifratçı hökmlərlə meydana daxil olmalıdi idi. maide.az /
 

Google+ WhatsApp ok.ru