Sabirabadda evdə qaz partladı

Sabirabadda evdə qaz partladı

-- ər-arvad yaralandı

Sabirabad rayonunda evdə qaz partlayıb.
 
Maide.Az bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində baş verib.
 
Evə  qaz sızması nəticəsində baş verən partlayış zamanı 1955-ci il təvəllüdlü Ələsgərov Malik Xanbala oğlu və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Ələsgərova Gövhər Qurban qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 

 

Google+ WhatsApp ok.ru