Sabirabadda evdə qaz partladı 07 May 2018 01:00 Hadisə -- ər-arvad yaralandı Sabirabad rayonunda evdə qaz partlayıb. Maide.Az bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində baş verib. Evə qaz sızması nəticəsində baş verən partlayış zamanı 1955-ci il təvəllüdlü Ələsgərov Malik Xanbala oğlu və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Ələsgərova Gövhər Qurban qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Sabirabadda evdə qaz partladı , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzərdə ZƏLZƏLƏ Azərbaycanda dəhşətli hadisə: 5 qadın öldü - YENİLƏNİB