Sabunçu-Ramana yolu keyfiyyətsiz çəkilir - FOTO

Sabunçu-Ramana yolu keyfiyyətsiz çəkilir - FOTO

Sabunçu sakinləri Sabunçu-Ramana avtomobil yolunun tikintisindən narazıdırlar.
 
Bu barədə rayonun Dilmənqani Kişvəri küçəsinin bir qrup sakini “Bizim Yol” qəzetinə bildirib. Sakinlərin sözlərinə görə, uzun illər Sabunçu-Ramana avtomobil yolu bərbad vəziyyətdə olub. Bu ilin noyabr ayında 44 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sabunçu-Ramana avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,6 milyon manat ayrılması barəsində prezident sərəncam verib. Vəsait ayrılandan sonra yolun çəkilişinə başlanıb.
 
Çəkilməkdə olan yolun fotogörüntüsünü qəzetə göndərən sakinlər iddia edir ki, yola keyfiyyətsiz asfalt örtüyü salınır və piyadaların hərəkəti üçün səki qurulmur. Piyadalar yenə palçıqlı yolla hərəkət etməli olacaqlar. Sakinlər kanalizasiya xətti olmadan yola asfalt örtüyünün salınmasından da narahatdırlar. Onlar kanalizasiya xəttinin çəkilişi üçün asfalt yolun qazılacağını istinsna etmirlər. /

“Sabunçu-Ramana yolu keyfiyyətsiz çəkilir

Sabunçu-Ramana yolu keyfiyyətsiz çəkilir

Sabunçu-Ramana yolu keyfiyyətsiz çəkilir

 

 

Google+ WhatsApp ok.ru