Sabunçuda avtobus piyadanı vurub öldürdü

Sabunçuda sərnişin avtobusu piyadanı vurub.  

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ötən gün saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı sakini Ramiz Quliyev idarə etdiyi “Deyvo” markalı 113 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Reyhan Nurullayevanı vurub.  

Nəticədə piyada hadisə yerində ölüb.   Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır./

Google+ WhatsApp ok.ru